Yəmənin cənubundakı Şəbva əyalətində husilərin təhlükəsizlik üzrə təlim mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.
APA xəbər verir ki, bu barədə Şəbva qubernatorluğunun “Facebook” sosial media platformasında yaydığı açıqlamada bildirilib.
***
15:34
Yəmənin Şəbva əyalətində husilərin hərbi düşərgəyə raket hücumu nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.
Bu barədə “Anadolu” agentliyi Şəbva qubernatorunun müavininə istinadən məlumat yayıb.
Məlumata görə, husilər Cərdan rayonundakı Əl-Ələm düşərgəsinə üç ballistik raket atıblar. Düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul olunan şəxslər təlim keçirmiş.
Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi də düşərgənin üç ballistik raketlə vurulduğunu təsdiqləyib.
