21 oktyabr 2026 16:07 (UTC +04:00)
Rusiyanın Kalininqrad vilayətində Su-30SM hərbi təyyarəsi qəzaya uğrayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, pilotlar katapult etməyi bacarıblar.
Təyyarə Çernyaxovsk şəhəri yaxınlığında, Timofeyevka və Zelenı Bor arasındakı ərazidə qəzaya uğrayıb.
Hər iki pilot katapult edib. Onlar xəsarət aldıqlarından hərbi xəstəxanaya yerləşdiriliblər.
