Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, “Bitcoin” və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb.
"APA-Economics" xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,75% artaraq 82 422,98 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyuta son 7 gündə 1,30% ucuzlaşıb.
“Ethereum” 0,04% ucuzlaşaraq 2 420,04 dollara enib. BNB isə 0,53% bahalaşaraq 725,48 dollara, “Zcash” 1,88% artaraq 1 172,46 dollara yüksəlib.
“Monero”nun qiyməti 2,24% azalaraq 592,86 dollara, “Bittensor” isə 0,02% geriləyərək 271,46 dollara düşüb. “Bitcoin Cash” 0,05% bahalaşaraq 277 dollara, “Solana” isə 0,67% artaraq 105,11 dollara çatıb.
Qızıl əsaslı kriptovalyutalarda da müsbət dinamika qeydə alınıb. “PAX Gold” (PAXG) 0,37% bahalaşaraq 4 170,37 dollara, “Tether Gold” (XAUT) isə 0,40% artaraq 4 168,93 dollara yüksəlib.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,60% artaraq 166,94 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,66 trln. dollara yaxınlaşıb.
Analitiklər bildirirlər ki, bazardakı müsbət dinamika əvvəlki günlərdə müşahidə olunan ucuzlaşmadan sonra qiymətlərin qismən bərpası və investorların alış fəallığının artması ilə əlaqələndirilə bilər. Bununla belə, əsas kriptovalyutaların əksəriyyətində həftəlik göstəricilərin mənfi qalması bazarda satış təzyiqinin tam aradan qalxmadığını göstərir.
