Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 31 055,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 1,6% azalma deməkdir.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 27 576,2 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,1% azalma deməkdir.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
|
Fəaliyyət növlərinin adı |
2026-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib, milyon manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
|
Mədənçıxarma sənayesi |
31 055,9 |
98,4 |
|
Xam neft və təbii qaz hasilatı |
27 576,2 |
96,9 |
|
Metal filizlərinin hasilatı |
888,1 |
147,9 |
|
Mədənçıxarma sənayesinin digər sahələri |
159,7 |
86,0 |
|
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi |
2 431,9 |
125,1 |
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 19 809,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 28 581,3 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4%, əmtəəlik qaz hasilatı isə 1,6% azalıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
|
Məhsul növləri |
2026-cı ilin yanvar- sentyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Xam neft və təbii qaz hasilatı |
|||
|
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton |
19 860,1 |
96,1 |
292,2 |
|
ondan əmtəəlik |
19 809,8 |
96,0 |
292,2 |
|
Təbii qaz, milyon kub metr |
37 521,3 |
99,3 |
- |
|
ondan əmtəəlik |
28 581,3 |
98,4 |
- |
