11 oktyabr 2026 22:01 (UTC +04:00)
İngiltərə Premyer Liqasında VI turun mərkəzi oyunu keçirilib.
APA xəbər verir ki, "Liverpul" evdə "Mançester Siti" ilə qarşılaşıb.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "şəhərlilər" 18 xalla turnir cədvəlinə başçılıq edir.
Mersisayd təmsilçisi isə 9 xalla doqquzuncudur.
