
© APA | Rusiya prezidenti Vladimir Putin
22 oktyabr 2026 11:46 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib.
Belə ki, Yuri Trutnev Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsindəki Səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edilib. O, prezidentin köməkçisi vəzifəsində təyinat alıb.
Primorski diyarının qubernatoru Oleq Kojemyako Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsindəki Səlahiyyətli nümayəndəsi təyin edilib.
Dmitri Qriqorenko Baş nazirin müavini və Hökumət Aparatının rəhbəri vəzifələrindən istefaya göndərilib. Maliyyə nazirinin birinci müavini İrina Okladnikova Baş nazirin müavini və hökumət aparatının təyin edilib
Anton Siluanov maliyyə naziri vəzifəsini saxlayaraq Baş nazirin müavini təyin edildi.
Keçmiş nəqliyyat naziri Andrey Nikitin Baş nazirin müavini vəzifəsinə təsdiq olunub.
Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasoyanın rəhbəri Dmitri Yadrov nəqliyyat naziri təyin edilib.
