
© APA | Hindistan xarici işlər naziri Subramanyam Cayşankar
23 oktyabr 2026 13:33 (UTC +04:00)
Hindistan müxtəlif çoxtərəfli təşkilatların görüşlərində iştirak edir, elə bu yaxınlarda Bakıda AQEM-in sammitində də nümayəndə heyətimiz iştirak edib.
APA xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirlər: “Bu uzunmüddətli sülhün əldə olunması üçün də şərait yaradacaq. Biz eyni zamanda qlobal münaqişələrin təsirlərindən də danışdıq”.
