Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. “Bitcoin” cüzi bahalaşsa da, bəzi altkoinlərdə daha yüksək artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,14% artaraq 82 814,99 ABŞ dollarına yüksəlib. Kriptovalyuta son 7 gündə 2,11% bahalaşsa da, son 30 gündə 3,17% ucuzlaşıb.
“Ethereum” 0,01% bahalaşaraq 2 442,07 dollara, BNB 0,09% artaraq 741,33 dollara, “Zcash” isə 2,37% yüksələrək 1 291,92 dollara çatıb.
Ən yüksək artımlardan biri “Monero”da qeydə alınıb. Kriptovalyuta son sutkada 6,07% bahalaşaraq 613,56 dollara yüksəlib. “Quant” isə 2,43% artaraq 201,71 dollara çatıb.
Bununla yanaşı, “Bitcoin Cash” 1,34% ucuzlaşaraq 280,32 dollara, “Bittensor” 2,07% azalaraq 265,43 dollara, “Solana” isə 0,28% geriləyərək 105,44 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,78%s azalaraq 4 094,15 dollara, “Tether Gold” (XAUT) isə 0,77% geriləyərək 4 089,54 dollara düşüb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,04% azalaraq 168,05 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,66 trln. dollar səviyyəsində qərarlaşıb.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarında zəif dinamika investorların ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz qərarları ilə bağlı gözləntiləri və riskli aktivlərə ehtiyatlı yanaşması fonunda müşahidə olunur. “Bitcoin” və “Ethereum”da qiymət dəyişikliklərinin məhdud qalması, eyni zamanda bəzi altkoinlərin daha sürətlə bahalaşması investor marağının ayrı-ayrı rəqəmsal aktivlərə yönəldiyini göstərir.
