19 oktyabr 2026 10:53 (UTC +04:00)
Şamaxıda bədbəxt hadisə baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
