22 oktyabr 2026 17:38 (UTC +04:00)
Albaniyada parlamentin iclası zamanı hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında fiziki qarşıdurma baş verib.
Bu barədə CNA portalı məlumat yayıb.
Məlumata görə, deputatlar bir-birini təhqir edib, müxalifət isə parlamentin tribunasını bloklayıb. Gərginlik nəticəsində deputatlar arasında əlbəyaxa dava düşüb.
Qeyd edək ki, hadisə Tiranada hökumət əleyhinə tələbə və vətəndaş etirazlarının davam etdiyi bir vaxtda baş verib.
