Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026 çərçivəsində keçirilən sorğuda iştirak edən şirkətlərin 25%-i Orta Dəhlizdən istifadə etdiyini və ya istifadəni planlaşdırdığını, 24%-i isə növbəti 2–3 ildə bu imkanı nəzərdən keçirdiyini bildirib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan–Avropa İttifaqı Biznes Forumunun komanda rəhbəri Aytən Axundova bildirib.
O bildirib ki, Avropa şirkətləri Orta Dəhlizi Avropa ilə Asiya arasında daha təhlükəsiz alternativ nəqliyyat marşrutu kimi qiymətləndirirlər:
"Azərbaycanın strateji coğrafi mövqeyi və Orta Dəhlizə beynəlxalq marağın artması nəqliyyat-logistika sektoruna investisiyaları cəlb edən əsas amillərdəndir. Şirkətlər Orta Dəhlizin uzunmüddətli potensialını yüksək qiymətləndirirlər".
