Rusiya ordusu Kiyevdə 4 və 5 saylı İstilik Elektrik Stansiyalarına, eləcə də UKRSIBBANK-ın məlumatların emalı mərkəzinə zərbə endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev vilayətində 6 saylı İstilik Elektrik Stansiyası, Tripolskaya İES və Kiyev yarımstansiyası zədələnib.
Bundan başqa, Rusiya MN Xarkov şəhərindəki 5 saylı İES-in, eləcə də Xarkov vilayətindəki Zmiev İES-in vurulduğunu açıqlayıb.
